Azərbaycan ilə İtaliya arasında birgə layihələr region sabitliyini gücləndirir

Azərbaycan ilə İtaliya arasında birgə layihələr region sabitliyini gücləndirir

DÜNYA
264

Fins.az - Azərbaycan ilə İtaliya arasında həyata keçirilən infrastruktur və enerji layihələri regionda uzunmüddətli sabitliyin əsasını yaradır. İtalyan ekspert Domeniko Letisiya qeyd edib ki, İtaliya Avropa ilə Xəzər regionu arasında körpü rolunu oynayır və enerji resurslarının, malların səmərəli axınını təmin edir.

Yeni nəqliyyat marşrutları və sualtı elektrik xətləri layihələri Xəzər regionunun resurslarını Avropa enerji sisteminə birbaşa inteqrasiya etməyə imkan verir. Birgə layihələr yalnız iqtisadi artıma deyil, həm də ölkələr arasında davamlı əlaqələrin inkişafına töhfə verir. Ekspertin fikrincə, infrastruktur üzərində əməkdaşlıq dövlətlərin qarşılıqlı asılılığını gücləndirir və uzunmüddətli sülh, sabitlik və beynəlxalq əməkdaşlıq üçün möhkəm təməl yaradır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan ilə İtaliya arasında birgə layihələr region sabitliyini gücləndirir — Fins.az — Fins.az