
Azərbaycan FIFA referiləri beynəlxalq oyunlara təyinat alıblar
Fins.az - Azərbaycanın beynəlxalq dərəcəli futbol hakimləri iyun ayında keçiriləcək yoldaşlıq oyunlarına təyinat alıblar.
Əliyar Ağayev Belarus–Suriya yığmaları arasında keçiriləcək matçda baş hakim olacaq. Ona yan xətt hakimləri Akif Əmirəli və Zeynal Zeynalov kömək edəcəklər.
Digər FIFA referisi Tural Qurbanov Moldova–Bolqarıstan oyununda ədaləti təmin edəcək. Bu görüşdə yan xətt hakimlərindən biri Cəmil Əliyev olacaq.
Qeyd edək ki, hər iki qarşılaşma iyunun 5-də keçiriləcək.