
Azərbaycan cüdoçusu Zelim Kotsoyev Avropa çempionatında yarımfinala yüksəlib
Fins.az - Azərbaycan cüdoçusu Zelim Kotsoyev Gürcüstanın Tbilisi şəhərində keçirilən böyüklər arasında Avropa çempionatında yarımfinala vəsiqə qazanıb.
100 kiloqram çəki dərəcəsində çıxış edən Olimpiya çempionu 1/4 final mərhələsində macar idmançı Zsombor Veq üzərində qələbə qazanıb.
Turnirdə bu gün mübarizəyə qoşulan Madina Xaisinova (+78 kq) və Kənan Nəsibov (+100 kq) isə mükafat qazana bilməyiblər.
Qeyd edək ki, daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Zelim Tçkayev (81 kq), Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) isə bürünc medal əldə ediblər. Turnirə bu gün yekun vurulacaq.