Azərbaycan cüdoçuları Qran-Prinin ikinci günündə qızıl və bürünc medal qazanıblar

Azərbaycan cüdoçuları Qran-Prinin ikinci günündə qızıl və bürünc medal qazanıblar

DÜNYA
139

Fins.az - Çinin Sindao şəhərində keçirilən cüdo üzrə Qran-Pri turnirinin ikinci yarış günündə Azərbaycan milli komandası bir qızıl və bir bürünc medal qazanıb.

81 kiloqram çəki dərəcəsində mübarizə aparan Zelim Tçkayev bütün görüşlərdə inamlı çıxış edərək turnirin qalibi olub.

Azərbaycan cüdoçusu final qarşılaşmasında Avstriya təmsilçisi Bernard Faşinq üzərində qələbə qazanaraq karyerasında ilk dəfə Qran-Pri turnirinin qızıl medalına sahib çıxıb.

Turnirin ikinci günündə Azərbaycan yığmasının aktivinə, həmçinin, bir bürünc medal da əlavə olunub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycan cüdoçuları Qran-Prinin ikinci günündə qızıl və bürünc medal qazanıblar — Fins.az — Fins.az