
Azərbaycan çempionu “Xilasedici” baş məşqçi və əsas oyunçularla müqaviləni uzadıb
Fins.az - klubu kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının qalibi olduqdan sonra komandanın baş məşqçisi və bir neçə aparıcı oyunçusu ilə müqavilə müddətini uzadıb.
Klubun meneceri Onat Kurt bildirib ki, çempionluğa aparan baş məşqçi Cəlil Cəlilov növbəti mövsümdə də komandanı çalışdıracaq.
Eyni zamanda, Qustavo Almora, Luis Enrike Reyes, Dauda Yakubu, Vüqar Bayramov və Asif Əliyev ilə də yeni müqavilələr imzalanıb. Klub rəhbərliyi yaxın zamanda 2–3 yeni transferin də həyata keçiriləcəyini açıqlayıb.
Qeyd edək ki, “Xilasedici” finalda Ordu klubunu məğlub edərək çempionluq titulunu qazanıb.