
Azərbaycan və Almaniya XİN-ləri siyasi məsləhətləşmələrin növbəti raundunu keçirib
Fins.az - Aprelin 10-da Bakıda Azərbaycan və Almaniya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.
Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Almaniya tərəfinə isə Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə müvəkkil Niklas Vaqner rəhbərlik edib.
Görüş zamanı iki ölkə arasında siyasi münasibətlərin cari vəziyyəti nəzərdən keçirilib, davamlı dialoqun qorunması üçün qarşılıqlı səfərlərin və beynəlxalq tədbirlər çərçivəsində görüşlərin əhəmiyyəti vurğulanıb.
Tərəflər iqtisadiyyat, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın mövcud vəziyyətini və inkişaf perspektivlərini də müzakirə ediblər.