
Avropalı istehlakçılar tənəzzülə, yüksək inflyasiyaya hazırlaşır
Avropa Mərkəzi Bankının sorğusuna əsasən, Avrozonada istehlakçılar iqtisadiyyatın kiçilməsini və yüksək inflyasiyanın gəlirlərini azaltmağa davam edəcəyini gözləyirlər.
"Fins.az" xəbər verir ki, 2018-ci ildən etibarən Almaniya, Fransa, İtaliya, İspaniya, Hollandiya və Belçikada 14 min nəfərlə aparılan İstehlakçı Gözləntiləri Anketi dərc olunub.
İstehlakçıların 12 aylıq inflyasiya gözləntisi iyun ayında 5 faizə yüksəldi. 3 illik gözlənti 0,3 bal artaraq 2,8% oldu.
Yenə sorğuya əsasən, iqtisadiyyatın bir il ərzində yüzdə 1,3 daralması, işsizlik səviyyəsinin isə 11,5 %-ə çatması gözlənilir.
Avropa Mərkəzi Bankı cari proqnozlarında tənəzzülü proqnozlaşdırmayıb. Bank ötən ay inflyasiyanın 8,9%-ə yüksəlməsi ilə faiz dərəcəsini 50 bənd artırıb və daha da artım olacağına işarə edib.
Müəllif: Aynur Qəniyeva