Avropadan ABŞ-a bütün səyahətlər təxirə salındı

Avropadan ABŞ-a bütün səyahətlər təxirə salındı

DÜNYA
846

ABŞ Prezidenti Donald Tramp, ABŞ-ın yeni növ koronavirus (Covid-19) epidemiyası mövzusunda xalqa səslənib.

 

Fins.az xəbər verir ki, Tramp, cümə gecəsindən etibarən Avropadan gələn bütün səyahətləri 30 gün ərzində təxirə saldıqlarını, İngiltərənin bundan azad olduğunu açıqlayıb.

 

"Avropa Birliyi lazımlı tədbirləri görməkdə müvəffəqiyyətsiz oldu",- deyən Tramp, ABŞ-a bu ölkələrdən gələn şəxslər yolu ilə virusun daşındığına diqqəti çəkib. 

 

Tramp, səhiyyə mütəxəssisləri ilə görüşdükdən sonra, ABŞ xalqının sağlamlığını qorumaq üçün "güclü amma lazımlı" tədbirlər hazırladıqlarını vurğulayaraq, "Yeni xəstələrin bizim torpaqlarımıza girməsini önləmək üçün cümə gecəsindən etibarlı olmaqla Avropadan ABŞ-a bütün səyahətləri təxirə salırıq. Bu məhdudlaşdırmalar sahədəki vəziyyətə görə nizamlanacaq. Uyğun izləmələrdən keçən ABŞ-lılar üçün istisnalar olacaq" deyib.

 

Bu məhdudiyyətin ticarət və karqoya təsir etməyəcəyini qeyd edən Tramp, bu tətbiqdən İngiltərənin də azad olacağını qeyd edib.

 

Tramp, Çin və Cənubi Koreyadakı vəziyyəti də izlədiklərini, vəziyyətlərinin yaxşılaşması vəziyyətində bu ölkələrə qarşı görülən tədbirləri də yenidən qiymətləndirəcəklərini bildirib. 

 

"BU MALİYYƏ BİR BÖHRANI DEYİL"

 

Tramp, "Bu bir maliyyə böhranı deyil. Bu yalnız xalq tərəfindən və dünya tərəfindən birlikdə öhdəsindən gələcəyimiz keçici bir vəziyyətdir" deyib. 

 

Kiçik Müəssisələr İdarəsinə Covid-19-dan təsirlənən şirkətlərə sərmayə və likvidlik təmin edilməsi təlimatı verdiyini bildirən Tramp, aşağı faizli kreditlərin keçici iqtisadi çətinliklərin öhdəsindən gəlmələri üçün kiçik şirkətlərə kömək olacağını, söz mövzusu İdarənin epidemiyadnın olduğu ştatlarda kredit təmin etməyə başlayacağını və Konqresdən bu proqram üçün 50 milyard dollarlıq əlavə qaynaq ayırmasını istədiyini söyləyib. 

 

Tramp, fövqəladə vəziyyət səlahiyyətini istifadə edərək, epidemiyadan mənfi təsirlənən vətəndaşlar və sahibkarlar üçün faiz və ya cərimə tətbiq olunmadan vergi ödəmələrinin təxirə salınması üçün Xəzinə Nazirliyinə təlimat verəcəyini ifadə edərək, "Bu iqtisadiyyata 200 milyard dollardan çox əlavə likvidlik təmin edəcək" deyib. 

 

Tramp, işçilərin maaşlarından tutulan vergilərin yüngülləşdirilməsi üçün də Konqresə çağırış edib. 

 

©marja

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Avropadan ABŞ-a bütün səyahətlər təxirə salındı — Fins.az — Fins.az