
Avropada təbii qaz qiymətləri yenidən yüksəlir
Fins.az - Avropada təbii qaz qiymətlərində yenidən artım qeydə alınıb.
Məlumatlara görə, ABŞ-nin Hörmüz boğazını blokadaya almaq planı ilə bağlı açıqlaması enerji bazarına ciddi təsir göstərib. Bu bəyanatdan sonra Avropada qaz fyuçersləri qısa müddətdə təxminən 18 faiz bahalaşıb.
Hazırda Niderlandın TTF habında qazın fyuçers qiyməti meqavat-saat üçün təxminən 47 avro səviyyəsindədir.
Fevralın 28-dən etibarən Yaxın Şərqdə davam edən gərginlik fonunda qlobal LNG tədarükünün mühüm hissəsinin keçdiyi Hörmüz boğazında yaranan risklər bazarda çatışmazlığa səbəb olub. Nəticədə, fevralın sonundan bəri Avropada qaz qiymətləri ümumilikdə təxminən 50 faiz artıb.