
Avropada gənclər sahibkar olmağa üstünlük verir
Fins.az - Avropada işə qəbulun yavaşlaması fonunda LinkedIn istifadəçiləri arasında “sahibkar” vəzifəsi sürətlə populyarlaşır.
Son bir ildə bu göstərici 60% artıb və 2022-ci ildən bəri demək olar üç dəfə çoxalıb. Bu tendensiya xüsusilə Niderland, Böyük Britaniya, İspaniya, Almaniya və Fransada nəzərə çarpır.
Avropa əmək bazarında pandemiya sonrası dövrdə işə qəbul səviyyəsi bir çox ölkədə 20–35% azalıb. Bu isə iş yerləri üçün rəqabəti gücləndirib və gəncləri öz bizneslərini başlatmağa sövq edir.
Məlumatlara görə, gənclər arasında təşəbbüskar ruh yüksəkdir: Avropada gənclərin 28%-i bir neçə işlə məşğuldur. Məqsədlər fərqlidir – bəziləri əlavə gəlir qazanmaq (52%), bəziləri öz biznesini qurmaq (24%), digərləri isə professional əlaqələrini genişləndirmək (22%) niyyətindədir.
LinkedIn-in Avropa üzrə icraçı direktoru Syu Dyuk bildirir ki, yaşlı nəsil daha çox mövqeyini qoruyur və risk etmədən vəziyyətin necə inkişaf edəcəyini izləyir, gənclər isə əksinə, aktiv olaraq imkanlar yaradır və sahibkar olmaqla öz gəlirlərini artırmaq istəyir. Bu tendensiya Avropa iş bazarında yeni təşəbbüslərin və startapların artacağını göstərir.