Avropada evsizlik rekord səviyyəyə çatıb - 2026 hesabatı

Avropada evsizlik rekord səviyyəyə çatıb - 2026 hesabatı

DÜNYA
402

Avropa Birliyi ərazisində evsizlik problemi son illərdə kəskin şəkildə artıb və hazırda təxminən 1,3 milyon insan daimi yaşayış yeri olmadan yaşayır.

Fins.az xəbər verir ki, bu göstərici Evsizlərlə İşləyən Milli Assosiasiyaların Avropa Federasiyası (FEANTSA) və Avropa Şurasının təqdim etdiyi son hesablamalara əsaslanır.

Məlumata görə, son 10 ildə evsiz insanların sayı 70 faiz artıb. Mütəxəssislər bu tendensiyanı əsasən mənzil böhranının dərinləşməsi, kirayə qiymətlərinin sürətlə artması və iqtisadi çətinliklərin aztəminatlı ailələrə daha güclü təsiri ilə izah edirlər.

Avropada vəziyyətin ən ciddi olduğu ölkələrdən biri Fransa hesab olunur. “Fondation pour le Logement des Défavorisés” təşkilatının 2026-cı il üzrə hesabatına əsasən, ölkədə təxminən 350 min evsiz insan yaşayır.

Bu rəqəm 2012-ci ildə Statistika və İqtisadi Tədqiqatlar Milli İnstitutu (INSEE) tərəfindən qeydə alınan 143 min nəfərlə müqayisədə təxminən 2,5 dəfə artım deməkdir.

Hesabata görə, 350 min evsiz şəxsin təxminən 30–40 mini küçələrdə gecələyir, digərləri isə fövqəladə sığınacaqlarda, sosial otellərdə və ya qeyri-sabit yaşayış şəraitində yaşayır. Ümumilikdə Fransada 4,2 milyondan çox insan qeyri-kafi mənzil şəraitindən əziyyət çəkir.

Humanitar təşkilatlar xəbərdarlıq edir ki, struktur xarakterli mənzil böhranı 2025-ci ildə daha da dərinləşərək Avropada sosial riskləri artırıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Avropada evsizlik rekord səviyyəyə çatıb - 2026 hesabatı — Fins.az — Fins.az