Avropa qaz ehtiyatlarını artırmağa çalışır, Asiya isə mayeləşdirilmiş qaz uğrunda rəqabəti gücləndirir

Avropa qaz ehtiyatlarını artırmağa çalışır, Asiya isə mayeləşdirilmiş qaz uğrunda rəqabəti gücləndirir

DÜNYA
272

Fins.az - Avropa ölkələri qarşıdakı qış mövsümünə hazırlaşmaq üçün yeraltı qaz anbarlarındakı ehtiyatları artırmağa çalışırlar.

Məlumata görə, son iki sərt qış mövsümündən sonra qaz ehtiyatları əhəmiyyətli dərəcədə azalıb. Bu səbəbdən yay dövründə anbarlara təxminən 70 milyard kubmetr qaz vurulması planlaşdırılır.

Lakin Avropa bu qazı əldə etmək üçün Asiya ölkələri ilə ciddi rəqabət aparmalı olacaq. Asiya alıcıları qlobal bazarda sərbəst həcmdə olan mayeləşdirilmiş təbii qazı cəlb etmək məqsədilə daha yüksək qiymətlər təklif edirlər.

Ekspertlər qeyd edirlər ki, Asiya bazarında təklif olunan qiymətlər bəzi hallarda əlavə 20 faiz üstünlük təşkil edir ki, bu da Avropanın qaz ehtiyatlarını bərpa etməsini çətinləşdirə bilər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Avropa qaz ehtiyatlarını artırmağa çalışır, Asiya isə mayeləşdirilmiş qaz uğrunda rəqabəti gücləndirir — Fins.az — Fins.az