
Astronomlar qalaktikamızın mərkəzindəki qara dəlikdən gələn küləyi aşkarlayıblar
Fins.az - Astronomlar təxminən əlli il davam edən araşdırmalardan sonra Süd Yolu qalaktikasının mərkəzində yerləşən supernəhəng qara dəlikdən gələn küləyin izlərini aşkarlayıblar.
Tədqiqat zamanı Çilidə yerləşən ALMA radioteleskop kompleksi və ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) orbitdə fəaliyyət göstərən Çandra rentgen rəsədxanasının məlumatlarından istifadə olunub.
Alimlər qalaktikamızın mərkəzində yerləşən Oxatan A* adlanan supernəhəng qara dəliyin ətrafını araşdırarkən isti və elektrik yüklü qazla dolu böyük bir boşluq müəyyən ediblər. Onların qənaətinə görə, həmin ərazidə müşahidə olunan soyuq qaz strukturları qara dəlikdən əsən küləyin təsiri nəticəsində formalaşıb.