
Astronomlar kükürdlə zəngin atmosferə malik yad planet aşkarlayıblar
Fins.az - Süd Yolu qalaktikasının qonşuluğunda ulduz ətrafında fırlanan yad planet aşkar edilib. Planet əbədi maqma okeanı ilə örtülü və zərərli, şiddətli dərəcədə isti kükürdlə zəngin atmosferə malikdir. Diametri Yer kürəsindən 60 faiz böyük, sıxlığı isə yalnız 40 faiz təşkil edir. Yerin təxminən 34 işıq ili uzaqlığında, Volanlar bürcündə Günəşdən kiçik və daha qaranlıq ulduz ətrafında fırlanır. Planetin maqma okeanı vahid dərin yumşaq təbəqədən ibarətdir, qabıq və mantiya kimi fərqli strukturları yoxdur. Metal nüvəsi nisbətən kiçikdir və maqma okeanı planetin daxili radiusunun 70–90 faizini təşkil edir.