
“Aston Villa” Markus Reşfordu heyətinə qatmaq istəyir
Fins.az - İngiltərənin “Aston Villa” klubu hazırda icarə əsasında “Barselona”da çıxış edən Markus Reşfordu transfer etmək niyyətindədir.
Premyer Liqa təmsilçisinin baş məşqçisi Unay Emeri daha əvvəl də onunla işlədiyi üçün futbolçunu yenidən komandasında görmək istəyir.
Reşford hazırda müqavilə ilə “Mançester Yunayted”ə məxsusdur. O, bu mövsüm “Barselona”da 45 oyunda 13 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.