Asiya fond bazarları BOJ-un faiz qərarından sonra ucuzlaşıb

Asiya fond bazarları BOJ-un faiz qərarından sonra ucuzlaşıb

DÜNYA
1,059

Asiya-Sakit Okean bazarları Yaponiya Bankının pul siyasətini dəyişməməsilə  geriləyib.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Mərkəzi bank faiz dərəcələrini -0,1 faiz saxlayıb. 10 illik Yaponiya dövlət istiqrazlarının gəlirliliyini isə sıfıra yaxın həddə qoyub.

BOJ-un qubernatoru Kazuo Ueda, Yaponiyanın davamlı inflyasiyanı 2 faiz səviyyəsində görənə qədər ultra sərbəst pul siyasətinə ehtiyac olduğunu müdafiə etdi. Yaponiyanın əsas inflyasiya rəqəmləri 2022-ci ilin aprel ayından bu hədəfin üzərində çalışır və son məlumat avqust ayı üçün 3,2 faiz təşkil edir.

Yaponiyanın Nikkei 225 indeksi 0,95 faiz, Topix isə 0,69 faiz ucuzlaşıb.

Avstraliyada S&P/ASX 200 1,08 faiz itki ilə Asiyada itkilərə səbəb olub. Cənubi Koreyanın Kospi 0,55 faiz, Kosdaq isə 0,59 faiz itirərək daha kiçik itkiyə məruz qalıb.

Honq-Konqun Hang Seng indeksi 0,24 faiz azalıb, materik Çin bazarları da mənfi ərazidə olub, CSI 300 isə 0,11 faiz itirib.

Günel Məlikzadə 
Fins.az

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Asiya fond bazarları BOJ-un faiz qərarından sonra ucuzlaşıb — Fins.az — Fins.az