
“Arsenal” Vilyam Saliba üçün 150 milyon avro tələb edir
Fins.az - İngiltərənin “Arsenal” klubu müdafiəçisi Vilyam Salibanın transferi üçün maraqlanan komandalardan azı 150 milyon avro tələb edir.
Məlumata görə, fransalı futbolçu ilə “Real Madrid”, PSJ və “Barselona” maraqlanır. Lakin bu məbləğ xüsusilə Kataloniya klubu üçün olduqca yüksək hesab olunur.
Bildirilib ki, “Real Madrid” və PSJ maliyyə baxımından bu transferi reallaşdırmaq imkanına malik olsalar da, “Arsenal” hazırda Salibanı adıçəkilən klublardan heç birinə satmaq niyyətində deyil.