Argentina Venesuelanın MERCOSUR-a qayıtmasına qarşı çıxır

Argentina Venesuelanın MERCOSUR-a qayıtmasına qarşı çıxır

DÜNYA
293

Fins.az - Argentina Venesuelanın Cənubi Amerika Ümumi Bazarı (MERCOSUR) təşkilatına üzvlüyünün bərpasına qarşı çıxıb.

Məlumata görə, digər üzv ölkələr bu təşəbbüsü dəstəkləməyə meyilli olsa da, Buenos-Ayres bunun qarşısını almaq üçün addımlar atır. Argentina Xarici İşlər Nazirliyinə də müvafiq tapşırıq verildiyi bildirilir.

Qeyd olunur ki, ölkə 2016-cı ildən dayandırılmış üzvlüyün bərpasında maraqlı deyil. Bunun səbəblərindən biri kimi enerji sektorunda rəqabətin güclənməsi ehtimalı göstərilir.

Digər tərəfdən, Paraqvay Venesuelanın təşkilata qayıdışını dəstəkləyir və bu məsələni öz sədrliyi dövründə irəli aparmaq niyyətindədir. Məlumata görə, Uruqvay və Braziliya da bu təşəbbüsə müsbət yanaşır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Argentina Venesuelanın MERCOSUR-a qayıtmasına qarşı çıxır — Fins.az — Fins.az