
Aralıq dənizində 5,3 bal gücündə zəlzələ qeydə alınıb
Fins.az - İyulun 2-də Aralıq dənizində 5,3 bal gücündə zəlzələ qeydə alınıb.
Türkiyə Fövqəladə Hallar İdarəsinin (AFAD) məlumatına görə, zəlzələnin episentri Muğla əyalətinin Datça rayonunun sahillərindən 137 kilometr cənub-qərbdə yerləşib.
Yeraltı təkanların ocağı 19 kilometr dərinlikdə qeydə alınıb.
Hadisə nəticəsində zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.