Apple öz istifadəçilərini 1.5 mld dollar  dələduzluqdan qoruyub

Apple öz istifadəçilərini 1.5 mld dollar  dələduzluqdan qoruyub

DÜNYA
446

 Apple şirkəti iOS istifadəçilərin dələduzlardan qorunması üzrə hesabatını təqdim edib. Şirkətin verdiyi məlumata əsasən təkcə 2020-ci ildə o, 1.5 milyard dollar dəyərində müxtəlif dələduz əməliyyatlarının qarşısını alıb. Şirkət tərəfindən təqdim edilmiş hesabatda digər maraqlı faktlar da qeyd olunub. 2020-ci ildə iOS istifadəçilərini bu cür dələduz əməliyyatlardan qorumaq üçün Apple şirkəti aşağıdakı addımları atıb:

- Gizli və öncədən qeyd edilməmiş funksiyalara sahib 48.000 tətbiq App Store platformasına daxil edilməyib

- İstifadəçilərdə səhv fikirlər yaradan, digər tətbiqlərin klonları kimi çıxış edən və spamların göndərilməsi üçün nəzərdə tutulan 150.000 tətbiq App Store platformasına daxil edilməyib

- İstifadəçilərin konfidensiallıq hüquqlarını pozan 215.000 tətbiq App Store platformasına daxil edilməyib

- 3 milyona yaxın oğurlanmış bank kartı vasitəsilə edilmiş alış-verişlər ləğv edilib

- 1 milyon istifadəçi hesabı təkrar tranzaksiyalardan qorunub

- 244 milyon istifadəçi hesabı bloklanıb

- 424 milyon istifadəçi hesabının yaradılmasının qarşısı alınıb

- Tərtibatçılara məxsus olmuş 470.000 istifadəçi hesabı bloklanıb.

Hesabatda qeyd olunub ki, əksər hallarda bu və ya digər tətbiq App Store-un təhlükəsizlik sistemindən uğurla keçəndən sonra tərtibatçılar onun çalışma prinsipində dəyişikliklər edirlər.  Bəzən bu cür hallar istifadəçiləri aldatmaq üçün nəzərdə tutulur. Bu cür tətbiqlər tez bir zamanda silinir və tərtibatçılara öz vəziyyətlərini düzəltmək üçün 14 gün vaxt verilir. Əks halda tərtibatçıların istifadəçi hesabları ömürlük bloklanır. Bəzi hallarda isə tətbiqlər istifadəçilərdən lazım olduğundan daha çox konfidensial məlumatları tələb edirlər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Apple öz istifadəçilərini 1.5 mld dollar  dələduzluqdan qoruyub — Fins.az — Fins.az