Apple-ın dəyəri 2 trilyon dollara yaxınlaşır

Apple-ın dəyəri 2 trilyon dollara yaxınlaşır

DÜNYA
635

Apple S&P 500-dəki paylarını artıraraq 2 trilyon dollara yaxınlaşır
Fins.az Bloomberg-ə istnadən xəbər verir ki, 2 il əvvəl ilk dəfə Apple-ın bazar dəyəri 1 trilyonu keçəndə bütün dünya bunu təəccüblə qarşılamışdı. 

Daha sonra, 900 milyard dollarlıq bazar kapitallaşması ilə, Apple şirkətinin səhmləri ilk dəfə fərqli bir səviyyəyə daxil oldu. Keçən Avqust ayından bəri dəyərini iki dəfə artırdıqdan sonra demək olar ki, IBM-dən üstün olub..

Bloomberg və S&P Dow Jones-un məlumatına görə, S&P 500-də Apple-ın səhmləri 35 il əvvəl IBM-i 6.4% artımla əldə etdiyi rekordu 6.5% artırıb.. Hazırda Apple-ın bazar dəyəri 1.875 trilyon dollar civarındadır və 2 trilyon dollara çatmaq üçün cəmi 7% artım tələb olunur.

Bəzi analitiklər artıq şirkətin 2 trilyon dollara çatacağını proqnozlaşdırırlar. D.A Davidson & Co analitiki Tom Forte, Apple şirkətinin səhmlərinin gələn il 480 dollara çatacağını proqnozlaşdırır. Bu, mövcud qiymət səviyyəsindən 9,4% bahalaşma və 2.05 trilyon dollar bazar kapitallaşmasına çatmaqla mümkündür.

Müəllif:Aynur Qəniyeva

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Apple-ın dəyəri 2 trilyon dollara yaxınlaşır — Fins.az — Fins.az