Anutin Çarnvirakul ikinci müddətə Tailandın Baş naziri seçilib

Anutin Çarnvirakul ikinci müddətə Tailandın Baş naziri seçilib

DÜNYA
302

Fins.az - “Bhumçaythai” partiyasının lideri Anutin Çarnvirakul ikinci müddətə Tailandın Baş naziri seçilib. Martın 19-da keçirilən xüsusi parlament iclasında o, 293 səs toplayaraq rəqiblərini geridə qoyub.

Dekabr ayında Tailand Kralı Maha Vajiralongkorn parlamenti buraxmaq və 2026-cı ilin əvvəlində ümumi seçkilər keçirmək üçün Baş nazirə icazə vermişdi. Bu müddət ərzində Baş nazir məhdud səlahiyyətlərlə müvəqqəti hökumətə rəhbərlik etmişdir.

Anutin Çarnvirakul ötən ilin sentyabr ayında keçirilən parlament seçkilərində qalib gəlib və müxalif Xalq Partiyasının dəstəyi ilə parlamenti dörd ay ərzində buraxmaq, eləcə də referendum vasitəsilə yeni Konstitusiya layihəsinin hazırlanması vədini vermişdi.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Anutin Çarnvirakul ikinci müddətə Tailandın Baş naziri seçilib — Fins.az — Fins.az