Antonelli "Formula 1" tarixində liderliyə yüksələn ən gənc pilot olub

Antonelli "Formula 1" tarixində liderliyə yüksələn ən gənc pilot olub

DÜNYA
414

Fins.az - Mercedes komandası üçün çıxış edən italyan pilotu Andrea Kimi Antonelli Yaponiya Qran-Prisində qələbə qazanaraq şəxsi hesab üzrə “Formula 1” tarixində ən gənc lider olub.

Bu uğura Antonelli 19 yaş 216 günlük ikən nail olub. Əvvəlki rekord yeddiqat Dünya Çempionu Lyuis Həmiltona məxsus idi. Həmilton 2007-ci ildə debüt etdiyi mövsümdə Maklaren komandasında çıxış edərkən 22 yaş 126 günlük ikən şəxsi hesab üzrə lider olmuşdu.

Hazırda Antonelli ümumi hesabda 72 xal toplayaraq liderdir. Onun komanda yoldaşı Corc Rassell 63 xalla ikinci, Ferarri komandası üçün çıxış edən Monako pilotu Şarl Lekler isə 49 xalla ilk üçlüyü tamamlayır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Antonelli "Formula 1" tarixində liderliyə yüksələn ən gənc pilot olub — Fins.az — Fins.az