“Android” köhnə cihazların sahibləri üçün internetə çıxış müddəti uzadıb

“Android” köhnə cihazların sahibləri üçün internetə çıxış müddəti uzadıb

DÜNYA
421

Bakı 23 dekabr Fins.az

“Android” mobil əməliyyat sisteminin köhnə versiyalarının idarəetməsi altında işləyən smartfon və planşetlərin təhlükəsiz vebsaytlara giriş müddəti uzadılır.

“Android 7.1”dən sonrakı versiyaların idarəetməsi altında işləyən qurğuların bir çox müasir saytlara daxil olmasını əngəlləyəcək problem aradan qaldırılıb.

Şirkətin saytında məlumat verilir ki, cihaz istifadəçiləri yenilənmiş sertifikata keçid vaxtı heç bir dəyişiklik hiss etməyəcəklər. Ancaq bu həll 2024-cü ilədək işləyəcək və mütəxəssislər o vaxtadək köhnəlmiş smartfonları dəyişdirməyi tövsiyə edirlər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Android” köhnə cihazların sahibləri üçün internetə çıxış müddəti uzadıb — Fins.az — Fins.az