Ancelina Coli və Bred Pittin iki övladı soyadlarını dəyişmək üçün məhkəməyə müraciət edib

Ancelina Coli və Bred Pittin iki övladı soyadlarını dəyişmək üçün məhkəməyə müraciət edib

DÜNYA
111

Fins.az - Hollivud aktyorları Ancelina ColiBred Pittin övladları MaddoksZahara atasının “Pitt” soyadından rəsmi imtina etmək üçün məhkəməyə müraciət ediblər.

Kaliforniya qanunvericiliyinə əsasən, ad və ya soyadını dəyişmək istəyən şəxslər bu barədə ictimaiyyətin məlumatlandırılması məqsədilə yerli qəzetdə elan dərc etdirməlidirlər. Məhkəmə sənədlərinə görə, Maddoks və Zahara bu tələbi iyun ayında yerinə yetirərək elanları dörd dəfə dərc etdiriblər.

Elanda qeyd olunub ki, soyad dəyişikliyinə etirazı olan şəxslər sentyabr ayında keçiriləcək yekun məhkəmə iclasınadək yazılı müraciət edə bilərlər. Etiraz olmadığı təqdirdə, məhkəmənin soyad dəyişikliyini təsdiqləyəcəyi gözlənilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Ancelina Coli və Bred Pittin iki övladı soyadlarını dəyişmək üçün məhkəməyə müraciət edib — Fins.az — Fins.az