Anakliya layihəsinin birinci mərhələsi 2029-cu ilə qədər tamamlanacaq

Anakliya layihəsinin birinci mərhələsi 2029-cu ilə qədər tamamlanacaq

DÜNYA
178

Fins.az - Anakliya layihəsinin birinci mərhələsinin 2029-cu ilə qədər başa çatdırılması mümkün hesab olunur.

Bu barədə Irakli Kobakhidze keçirdiyi brifinqdə məlumat verib.

Onun sözlərinə görə, layihənin icrasına artıq başlanılıb və proses müəyyən mərhələyə qədər sürətləndirilə bilər. Bildirilib ki, Sinqapur konsorsiumu ilə danışıqlar davam edir və yaxın vaxtlarda əməkdaşlığın davam etdirilməsi ilə bağlı konkret qərar qəbul olunmalıdır.

Baş nazir qeyd edib ki, müqavilənin maliyyə yükü azaldılıb. Dövlət qazıntı işlərinə və dalğaqıran qurğuların quraşdırılmasına əvvəlkindən daha az vəsait sərf edəcək.

Buna uyğun olaraq layihənin birinci mərhələsinin 2029-cu ilə qədər tamamlanması gözlənilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Anakliya layihəsinin birinci mərhələsi 2029-cu ilə qədər tamamlanacaq — Fins.az — Fins.az