
“Amazon” Prime Day endirim kampaniyasını bu il daha erkən keçirəcək
Fins.az - “Amazon” şirkəti 2026-cı ildə Prime Day endirim kampaniyasının iyunun 23-dən 26-dək keçiriləcəyini açıqlayıb.
Beləliklə, kampaniya son illərdə olduğu kimi iyul ayında deyil, daha erkən tarixdə təşkil olunacaq.
Şirkətin məlumatına görə, Prime xidmətinin istifadəçilərinə müxtəlif məşhur markaların məhsullarında 50 faizə qədər endirimlər təqdim ediləcək.
Kampaniyanın tarixləri müəyyənləşdirilərkən iri idman tədbirlərinin keçirilmə vaxtı və milli bayramlar nəzərə alınıb.
Prime Day “Amazon”un ən böyük illik satış kampaniyalarından biri hesab olunur və milyonlarla alıcını cəlb edir.