Amazon öz peyk internetini işə salacaq

Amazon öz peyk internetini işə salacaq

DÜNYA
1,028

Elektron ticarət və pərakəndə satış nəhəngi “Amazon” aşağı Yer orbitinə 3236 peyk buraxmağı planlaşdırır.

Şirkət “Starlink”ə alternativ olaraq öz peyk şəbəkəsini yaratmaq və kosmosdan şəbəkəyə çıxış xidmətləri göstərmək istəyir.

Layihə “Project Kuiper” adlanır.

Aprel ayında “Amazon” layihəni reallaşdırmaq üçün üç müxtəlif təşkilatla çox milyardlıq müqavilə imzalayıb. Söhbət “Blue Origin”, “United Launch Alliance” və “European Arianespace”dən gedir.

Qeyd olunur ki, bu, kommersiya məqsədli aerokosmik sənaye tarixində ən böyük raket sövdələşməsidir.

© ixbt.com

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Amazon öz peyk internetini işə salacaq — Fins.az — Fins.az