
Amazon Avropada 25 min yeni iş yeri yaradacaq
Fins.az - Amerikanın texnologiya şirkəti Amazon yaxın illərdə Avropadakı paylama mərkəzlərinin genişləndirilməsi və modernləşdirilməsinə 10 milyard avro sərmayə yatırmağı planlaşdırır.
Şirkətin hesablamalarına görə, bu investisiya nəticəsində Avropada təxminən 25 min yeni iş yeri yaradılacaq. Hazırda Amazon-un Avropadakı müəssisələrində 230 minə yaxın əməkdaş çalışır.
Bununla yanaşı, şirkət əməliyyat proseslərinin təkmilləşdirilməsi və robot texnologiyalarının imkanlarının genişləndirilməsi istiqamətində də fəaliyyətini davam etdirir.
Amazon bildirir ki, yeni texnologiyalar işçilərin ağır fiziki əməyə daha az vaxt sərf etməsinə, keyfiyyətə nəzarət və digər ixtisaslaşmış vəzifələrə isə daha çox diqqət ayırmasına imkan verəcək.Amerikanın texnologiya şirkəti Amazon yaxın illərdə Avropadakı paylama mərkəzlərinin genişləndirilməsi və modernləşdirilməsinə 10 milyard avro sərmayə yatırmağı planlaşdırır.
Şirkətin hesablamalarına görə, bu investisiya nəticəsində Avropada təxminən 25 min yeni iş yeri yaradılacaq. Hazırda Amazon-un Avropadakı müəssisələrində 230 minə yaxın əməkdaş çalışır.
Bununla yanaşı, şirkət əməliyyat proseslərinin təkmilləşdirilməsi və robot texnologiyalarının imkanlarının genişləndirilməsi istiqamətində də fəaliyyətini davam etdirir.
Amazon bildirir ki, yeni texnologiyalar işçilərin ağır fiziki əməyə daha az vaxt sərf etməsinə, keyfiyyətə nəzarət və digər ixtisaslaşmış vəzifələrə isə daha çox diqqət ayırmasına imkan verəcək.