Altay diyarında sel nəticəsində yüzlərlə yaşayış sahəsi su altında qalıb

Altay diyarında sel nəticəsində yüzlərlə yaşayış sahəsi su altında qalıb

DÜNYA
460

Fins.az - Rusiyanın Altay diyarında baş verən daşqınlar nəticəsində yüzlərlə yaşayış sahəsi su altında qalıb.

Məlumata görə, 289 həyətyanı sahə, 44 yaşayış evi və 3 yol sahəsi sel sularından zərər görüb. Ən ağır vəziyyət Xabarı kəndində qeydə alınıb, burada 32 ev su altında qalıb.

Fövqəladə Hallar Nazirliyinin regional idarəsi vəziyyətin normallaşdırılması üçün bir sıra tədbirlər həyata keçirir. Oby və Çumış çaylarında buz tıxaclarının qarşısını almaq məqsədilə hətta partlayış işlərinin aparılması da planlaşdırılır.

Ərazidə helikopterlərin cəlb olunması ilə profilaktik tədbirlər görülür, həmçinin əhaliyə içməli su, dərman və zəruri ərzaq məhsulları çatdırılır. Sanitariya vəziyyətinə nəzarət gücləndirilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Altay diyarında sel nəticəsində yüzlərlə yaşayış sahəsi su altında qalıb — Fins.az — Fins.az