
Almaniyanın şimalında baş verən atışmada beş nəfər ölüb
Fins.az - Almaniyanın şimalında yerləşən Ştade şəhərində baş verən silahlı insident nəticəsində beş nəfər həlak olub.
Hadisə ilə əlaqədar şübhəli bilinən iki nəfər saxlanılıb. Polis onların birinin atəşi açan şəxs olduğunu ehtimal edir.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisənin motivi hələlik müəyyən edilməyib. Bildirilib ki, həyatını itirən şəxslərin hamısı yetkin yaşda olub.
Polis araşdırmaları davam etdirir və zərərçəkənlərlə bağlı məlumatların dəqiqləşdirildiyini bildirib.