Almaniyanın 28 şəhərində “Hells Angels” qruplaşmasına qarşı genişmiqyaslı əməliyyat keçirilib

Almaniyanın 28 şəhərində “Hells Angels” qruplaşmasına qarşı genişmiqyaslı əməliyyat keçirilib

DÜNYA
339

Fins.az - Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətində polis “Hells Angels” rokçu qruplaşmasına qarşı genişmiqyaslı əməliyyata başlayıb.

Məlumata görə, əməliyyat ölkənin 28 şəhərini əhatə edir və ümumilikdə 1200 polis əməkdaşı cəlb olunub. Bu, Almaniyada bu tip qruplaşmalara qarşı keçirilən ən irimiqyaslı tədbirlərdən biri hesab olunur.

Axtarışlar fəaliyyəti qadağan edilmiş “Hells Angels Motorcycle Club Leverkusen” təşkilatının üzvləri ilə bağlı aparılır. İttihamlar arasında cinayətkar birlik yaratma, quldurluq və hədə-qorxu ilə tələb etmə halları yer alır.

Əməliyyat çərçivəsində 50-dən çox obyektə baxış keçirilib, prosesə xüsusi təyinatlı polis qüvvələri də cəlb olunub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Almaniyanın 28 şəhərində “Hells Angels” qruplaşmasına qarşı genişmiqyaslı əməliyyat keçirilib — Fins.az — Fins.az