
Almaniyada sərnişin avtobusu aşıb, 11 nəfər yaralanıb
Fins.az - Almaniyanın Brandenburg əyalətində şəhərlərarası sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 11 nəfər xəsarət alıb.
Məlumata görə, içərisində təxminən 70 sərnişin olan ikimərtəbəli avtobus yoldan çıxaraq aşıb.
İlkin ehtimala əsasən, qəza sürücünün idarəetməni itirməsi nəticəsində baş verib.
Hadisənin dəqiq səbəbləri araşdırılır.