Almaniyada sağçı zorakılıq halları son 10 ilin maksimumuna çatıb

Almaniyada sağçı zorakılıq halları son 10 ilin maksimumuna çatıb

DÜNYA
448

Fins.az - Almaniyada sağçı motivli zorakılıq halları artaraq son on ilin ən yüksək səviyyəsinə çatıb.

Der Spiegel nəşrinin yaydığı məlumata görə, 2025-ci ildə bu kateqoriyaya aid 1598 zorakılıq cinayəti qeydə alınıb. Müqayisə üçün, 2024-cü ildə bu rəqəm 1488, 2023-cü ildə isə 1270 olub.

Bununla yanaşı, ümumi sağçı motivli cinayətlərin sayı bir qədər azalaraq 42 min 544-ə düşüb. Bu statistikaya nifrət çağırışları, təhqir, dövlət rəmzlərinin təhqiri, eləcə də qətl, xəsarət yetirmə və ictimai asayişin pozulması kimi hallar daxildir.

Əhaliyə nisbətdə ən yüksək göstəricilər ölkənin şərq bölgələrində qeydə alınıb. Meklenburq-Ön Pomeraniya, Saksoniya-Anhalt və Brandenburq əyalətlərində hər 100 min nəfərə düşən hadisələrin sayı ölkə üzrə orta göstəricini xeyli üstələyib. Ən aşağı göstəricilər isə Bavariya və Baden-Vürttemberq əyalətlərində qeydə alınıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Almaniyada sağçı zorakılıq halları son 10 ilin maksimumuna çatıb — Fins.az — Fins.az