
Almaniyada kerosin qiymətlərinin artması aviareyslərin azalmasına səbəb ola bilər
Fins.az - Almaniyada kerosin qiymətlərinin kəskin bahalaşması yay mövsümündə aviareyslərin ixtisar olunması riskini artırıb.
Məlumata görə, Almaniya Hava Limanları Birliyinin baş direktoru Ralf Bayzel bəzi hava limanlarında sərnişin daşımalarının həcminin 10 faizə qədər azala biləcəyini bildirib. Bu vəziyyətin ölkə üzrə təxminən 20 milyon sərnişinə təsir göstərə biləcəyi qeyd olunur.
Xüsusilə aşağıbüdcəli aviaşirkətlər və turizm baxımından daha az populyar istiqamətlər risk altında hesab edilir. Bir sıra marşrutlarda uçuşların tamamilə dayandırılması, digərlərində isə reys sayının azaldılması mümkündür.
Ekspertlər hesab edirlər ki, yaranan vəziyyət aviabiletlərin qiymətlərinin daha da yüksəlməsinə səbəb ola bilər.