Almaniyada iqlim neytrallığı hədəfinin 2050-ci ilədək uzadılması təklif edilir

Almaniyada iqlim neytrallığı hədəfinin 2050-ci ilədək uzadılması təklif edilir

DÜNYA
107

Fins.az - Almaniyada iqlim neytrallığına nail olunması üçün müəyyən edilmiş 2045-ci il hədəfinin 2050-ci ilədək uzadılması ilə bağlı çağırışlar edilir.

Məlumata görə, işgüzar dairələr, həmkarlar ittifaqları və bir sıra siyasi nümayəndələr Almaniyanın bu məsələdə Avropa İttifaqının 2050-ci il üzrə müəyyən etdiyi hədəfə uyğunlaşmasının daha məqsədəuyğun olduğunu bildirirlər.

Onların fikrincə, milli hədəfin Aİ-dən beş il əvvəl müəyyənləşdirilməsi sənaye müəssisələri üçün əlavə iqtisadi yük yaradır, investisiyaları çətinləşdirir və ölkənin rəqabət qabiliyyətinə mənfi təsir göstərir. Tərəfdarlar hesab edirlər ki, karbon emissiyalarının azaldılması sənayenin inkişaf imkanlarını məhdudlaşdırmadan həyata keçirilməlidir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Almaniyada iqlim neytrallığı hədəfinin 2050-ci ilədək uzadılması təklif edilir — Fins.az — Fins.az