
Almaniyada gecə temperaturu üzrə yeni rekord qeydə alınıb
Fins.az - Almaniyada davam edən isti hava dalğası fonunda gecə saatlarında temperatur üzrə yeni rekord qeydə alınıb.
Almaniya Meteorologiya Xidmətinin (DWD) məlumatına görə, Saksoniya əyalətinin Bautsen rayonunun Kubşüts yaşayış məntəqəsində ötən gecə havanın temperaturu 29,4 dərəcə Selsi olub.
Beləliklə, 2003-cü ilin avqustunda Reynland-Pfalts əyalətinin Vaynbit bölgəsində qeydə alınmış 27,2 dərəcəlik əvvəlki rekord yenilənib.