Almaniyada elektrik avtomobilləri üçün 6 min avroyadək subsidiya tətbiq olunacaq

Almaniyada elektrik avtomobilləri üçün 6 min avroyadək subsidiya tətbiq olunacaq

DÜNYA
287

Fins.az - Almaniya Bundestaqı elektrik avtomobillərinin alınmasını stimullaşdırmaq üçün yeni subsidiya proqramını təsdiqləyib.

Qərara əsasən, dəstək mexanizmi 2026-cı ilin yanvarından qüvvəyə minəcək və ilin əvvəlindən qeydiyyata alınan nəqliyyat vasitələrini əhatə edəcək.

Yeni proqram çərçivəsində tam elektrik avtomobilləri, “plug-in” hibridlər və “range extender” tipli modellər üçün dövlət dəstəyi nəzərdə tutulur. Subsidiya məbləği avtomobilin növü və ailənin gəlir səviyyəsindən asılı olaraq 1500-dən 6000 avroya qədər dəyişəcək.

Tam elektrik avtomobilləri üçün baza dəstəyi 3000 avro təşkil edəcək, aşağı gəlirli ailələr isə daha yüksək məbləğdən yararlana biləcəklər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Almaniyada elektrik avtomobilləri üçün 6 min avroyadək subsidiya tətbiq olunacaq — Fins.az — Fins.az