Almaniyada aviabiletlərin qiyməti ilin ilk yarısında əhəmiyyətli dərəcədə artıb

Almaniyada aviabiletlərin qiyməti ilin ilk yarısında əhəmiyyətli dərəcədə artıb

DÜNYA
290

Fins.az - 2026-cı ilin ilk yarısında Almaniyada aviabiletlərin qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə nəzərəçarpacaq dərəcədə bahalaşıb.

Federal Statistika İdarəsinin məlumatına görə, beynəlxalq reyslər üzrə aviabiletlər orta hesabla 8,5 faiz, ölkədaxili uçuşlar üzrə isə 9,5 faiz bahalaşıb.

Ən yüksək qiymət artımı Mərkəzi Amerikaya ekonom sinif reyslərdə (12,5 faiz)Avropa istiqamətində uçuşlarda (11,5 faiz) qeydə alınıb. Asiya və Avstraliya istiqamətində biletlərin qiyməti 4,9 faiz, Şimali Amerikaya uçuşlar isə 3,7 faiz artıb. Bununla yanaşı, Afrika istiqamətində aviabiletlər 12 faiz ucuzlaşıb.

Məlumata əsasən, xaricə paket turların qiyməti orta hesabla 3 faiz, Almaniya daxilində təşkil olunan turlar isə 2,8 faiz bahalaşıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Almaniyada aviabiletlərin qiyməti ilin ilk yarısında əhəmiyyətli dərəcədə artıb — Fins.az — Fins.az