Almaniyada 13,3 milyon nəfər yoxsulluq həddindən aşağı yaşayır

Almaniyada 13,3 milyon nəfər yoxsulluq həddindən aşağı yaşayır

DÜNYA
201

Fins.az -2025-ci ildə Almaniyada yoxsulluq səviyyəsi yüksək həddə çatıb.

Məlumata görə, ölkə əhalisinin 16 faizdən çoxu, yəni təxminən 13,3 milyon nəfər yoxsulluq həddindən aşağı yaşayır.

Almaniyada yoxsulluq həddi orta gəlirin 60 faizi səviyyəsində müəyyən edilir. Bu göstərici əhalinin gəlirlərinin orta səviyyəsi əsasında hesablanır.

Bildirilir ki, 2025-ci ildə orta illik gəlir 54 min 66 avro təşkil edib. Buna əsasən, bu məbləğin 60 faizindən aşağı gəlir əldə edən şəxslər yoxsulluq riski altında hesab olunur.

Mütəxəssislər sosial bərabərsizliyin və yaşayış xərclərinin artmasının yoxsulluq göstəricilərinə təsir etdiyini qeyd edirlər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Almaniyada 13,3 milyon nəfər yoxsulluq həddindən aşağı yaşayır — Fins.az — Fins.az