Almaniya müdafiə xərclərini 80 milyard avroya qədər artırır

Almaniya müdafiə xərclərini 80 milyard avroya qədər artırır

DÜNYA
473

Almaniya qarşıdakı bir neçə il ərzində müdafiəyə ildə orta hesabla 70-80 milyard avro xərcləmək niyyətindədir.

Fins.az xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts Madriddə NATO sammiti ərəfəsində ARD telekanalının efirində bildirib.

Kansler Almaniyanın NATO-nun güclənməsinə böyük töhfə verdiyini vurğulayıb.

"Almaniya indi NATO-da ABŞ ilə birlikdə ən böyük töhfəni verən ölkədir. Burada söhbət alyansın döyüş qabiliyyətindən gedir", - Şolts deyib.

Qeyd edək ki, NATO-nun dövlət və hökumət başçıları səviyyəsində iclası iyunun 28-30-da Madriddə baş tutacaq. İclasda yeni strateji konsepsiya qəbul ediləcək, alayansın gücləndirilməsi və qlobal iqlim dəyişikliyinin təhlükəsizlik sektoru üçün təsirləri nəzərdən keçiriləcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Almaniya müdafiə xərclərini 80 milyard avroya qədər artırır — Fins.az — Fins.az