
Almaniya müdafiə naziri ABŞ qoşunlarının Avropadan tam çıxarılmasını mümkün sayır
Fins.az - Boris Pistorius ABŞ-ın Avropadakı hərbi mövcudluğu ilə bağlı mümkün dəyişikliklər barədə açıqlama verib.
Almaniya müdafiə naziri bildirib ki, Vaşinqtonun ABŞ qoşunlarını Avropadan, o cümlədən Almaniyadan tamamilə çıxarması ehtimalı istisna edilmir.
Onun sözlərinə görə, ABŞ-ın 5 min hərbçini Almaniyadan geri çağırmaq qərarı daha geniş strateji dəyişikliklərin tərkib hissəsi ola bilər.
Qeyd olunur ki, bu məsələ Avropanın təhlükəsizlik arxitekturası və NATO çərçivəsində ABŞ rolunun gələcəyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.