Alman şirkətləri yenidən Şimal axını 1-dən qaz almaq üçün müraciət edir

Alman şirkətləri yenidən Şimal axını 1-dən qaz almaq üçün müraciət edir

DÜNYA
366

Alman şirkətləri təxminən 3 həftə əvvəl bağlanan və Rusiyanın Avropaya təbii qaz nəqli üçün əsas xətlərdən biri olan “Şimal axını 1” qaz kəmərindən alışı bərpa etmək üçün yenidən müraciət edir.

"Fins.az" xəbər verir ki, alman alıcıları Şimal axını 1 qaz kəmərindən qaz tədarükü üçün yenidən müraciət edirlər.

Rusiya avqustun 31-dən etibarən “Şimal axını” ilə Avropaya qaz axınını üç gün müddətinə dayandıracağını açıqlayıb. Bildirilir ki, edilən müraciətlər qaz axınının bərpasına işarə deyil.

“Şimal axını”na qoşulan boru kəmərləri ilə bağlı müraciətlər alman şirkətlərinin saytında yer alıb, bu gün səhər saatlarına isə “Şimal axını 1” operatorunun saytında heç bir müraciət görünməyib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Alman şirkətləri yenidən Şimal axını 1-dən qaz almaq üçün müraciət edir — Fins.az — Fins.az