Alman filosof Yurgen Habermas 96 yaşında vəfat edib

Alman filosof Yurgen Habermas 96 yaşında vəfat edib

DÜNYA
452

Fins.az - Məşhur alman filosofu Yurgen Habermas 96 yaşında vəfat edib.

Məlumata görə, o, Münhen yaxınlığındakı Ştarnberq şəhərində dünyasını dəyişib. Filosofun ən məşhur əsərlərindən biri iki cilddən ibarət olan “Kommunikativ fəaliyyət nəzəriyyəsi”dir.

Almaniyanın kansleri Fridrix Merz onun ölümünü Almaniya və Avropanın ən önəmli düşünürlərindən birinin itkisi kimi qiymətləndirib.

Qeyd edək ki, Yurgen Habermas 18 iyun 1929-cu ildə Düsseldorf şəhərində anadan olub. Onun həyat yoldaşı Ute Habermas ötən il vəfat edib. Filosofun üç övladı qalıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Alman filosof Yurgen Habermas 96 yaşında vəfat edib — Fins.az — Fins.az