Alimlər: 2011-ci il zəlzələsi Yaponiya ərazisini şərqə doğru sürüşdürüb

Alimlər: 2011-ci il zəlzələsi Yaponiya ərazisini şərqə doğru sürüşdürüb

DÜNYA
119

Fins.az - Yaponiyada 2011-ci ildə baş vermiş güclü zəlzələ ölkənin ümumi ərazisinin 5–6 millimetr şərqə doğru sürüşməsinə səbəb olub.

Bu nəticə amerikalı və fransız seysmoloqların apardığı araşdırmalarda müəyyən edilib və “Science” jurnalında dərc olunub.

Tədqiqatda qeyd olunur ki, Honsyu adası sahillərində baş verən güclü təkanlar nəticəsində yaranan dalğalar Yer nüvəsinə qədər çatıb və geri əks olunaraq litosfer plitələrinin hərəkətinə təsir göstərib.

Alimlərin fikrincə, bu proses zəlzələnin Yer qabığına göstərdiyi təsirin nə qədər geniş miqyaslı ola biləcəyini bir daha nümayiş etdirir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Alimlər: 2011-ci il zəlzələsi Yaponiya ərazisini şərqə doğru sürüşdürüb — Fins.az — Fins.az