
Aleksandr Volkov UFC 328-də qələbə qazanıb
Fins.az - Alexander Volkov ABŞ-də keçirilən UFC 328 turnirində Waldo Cortes-Acosta üzərində qələbə qazanıb.
Döyüşün yekununda hakimlər yekdil qərarla üstünlüyü rusiyalı idmançıya veriblər.
Bu nəticədən sonra Volkovun qarışıq döyüş növlərində statistikası 40 qələbə və 11 məğlubiyyətə çatıb. 34 yaşlı dominikanlı döyüşçü Kortes-Akosta isə karyerasında üçüncü dəfə məğlub olub.