“Akkuyu” AES-də sınaq enerji istehsalı payıza planlaşdırılır

“Akkuyu” AES-də sınaq enerji istehsalı payıza planlaşdırılır

DÜNYA
251

Fins.az - Türkiyənin Mersin vilayətində yerləşən ilk Atom Elektrik Stansiyası – “Akkuyu” AES-də sınaq enerji istehsalının bu ilin payızında başlanması planlaşdırılır.

Türkiyə Enerji və Təbii Sərvətlər Nazirliyindəki mənbələrin məlumatına görə, sınaq mərhələsinin sentyabr ayında start götürməsi və təxminən doqquz ay davam etməsi gözlənilir.

Prosesdə Rusiyadan olan nüvə enerji mütəxəssislərinin iştirakı nəzərdə tutulur. İlk reaktorda yanacaq çubuqlarının yerləşdirilməsinə də rus mütəxəssislər nəzarət edəcək.

Mersin vilayətində inşa edilən stansiyada VVER-1200 tipli dörd enerji blokunun tikintisi davam edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Akkuyu” AES-də sınaq enerji istehsalı payıza planlaşdırılır — Fins.az — Fins.az