Airbus-un təyyarə tədarükləri son 17 ilin minimumuna enib

Airbus-un təyyarə tədarükləri son 17 ilin minimumuna enib

DÜNYA
379

Fins.az - Avropanın aparıcı aviasiya şirkətlərindən biri olan Airbus 2026-cı ilin birinci rübündə 46 müştəriyə ümumilikdə 114 təyyarə təhvil verib.

Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 16% azdır və 2009-cu ildən bəri ən aşağı səviyyə kimi qeydə alınıb.

Şirkətin məlumatına görə, tədarük edilən təyyarələrin 100-ü dar gövdəli, 3-ü A330 və 11-i isə A350 tipli geniş gövdəli laynerlər olub.

Birinci rübdə Airbus-un xalis sifariş portfeli 398 təyyarə təşkil edib. Mart ayında isə şirkət 38 müştəriyə 60 təyyarə çatdırıb.

Qeyd edək ki, Airbus 2026-cı il üzrə ümumi tədarük hədəfini 870 təyyarə səviyyəsində müəyyən edib. Lakin bu plan Yaxın Şərqdəki gərginlikdən əvvəl hazırlanıb. Hazırda artan yanacaq qiymətləri və regiondakı münaqişələr səbəbindən bəzi aviaşirkətlər fəaliyyətlərini məhdudlaşdırır ki, bu da aviasiya sektoruna mənfi təsir göstərir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Airbus-un təyyarə tədarükləri son 17 ilin minimumuna enib — Fins.az — Fins.az