“Airblue” Bakı–Lahor reyslərinə başlayır

“Airblue” Bakı–Lahor reyslərinə başlayır

DÜNYA
352

Fins.az - Airblue Bakı–Lahor marşrutu üzrə müntəzəm uçuşlara start verir.

Heydər Əliyev Beynəlxalq Hava Limanının məlumatına görə, reyslər həftədə iki dəfə – çərşənbə axşamı və bazar günləri həyata keçiriləcək. Bu, sərnişinlər üçün səyahət imkanlarını genişləndirəcək və marşrut üzrə əlçatanlığı artıracaq.

Hazırda Azərbaycan Hava Yolları və Pakistan International Airlines da Bakı–Lahor xətti üzrə uçuşlar həyata keçirir.

Airblue-nun bu marşruta qoşulması bazarda rəqabəti gücləndirəcək və artan sərnişin tələbatının daha effektiv qarşılanmasına imkan yaradacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Airblue” Bakı–Lahor reyslərinə başlayır — Fins.az — Fins.az