“Air France” şirkətində 10 minədək iş yeri ixtisar oluna bilər

“Air France” şirkətində 10 minədək iş yeri ixtisar oluna bilər

DÜNYA
525

“Air France” hava yolları şirkətində lazımı ixtisarlar aparılacaq.

Fins.az xəbər verir ki, bu sözləri Fransanın İqtisadiyyat naziri Brüno Lö Mer ölkənin hava yolları şirkətində 8 mindən 10 minədək iş yerinin ixtisara düşməsi ilə bağlı suala cavabında deyib.

İxtisarların qaçılmaz olduğunu bildirən nazir vurğulayıb ki, ixtisarlar zərurətdir, çünki son aylar itkilər həddsiz dərəcədə çox olub: “Həmişə olduğu kimi aydın danışacağam. “Lufthansa” aviaşirkətində 22 min, “British Airways”də 12 min iş yeri ixtisara salınacaq. Hava yolları 80 faizdən 90 faizə qədər ziyana düşüb. Dərhal normal həyata qayıtmaq, xüsusilə də hava nəqliyyatı sektorunda mümkün deyil. Əgər sabah “Air France” iflas edərsə, 7 milyard avro göyə uçur və buna mən cavabdehəm. Şirkət əvvəlki kimi mənfəət əldə etməlidir”.

Xatırladaq ki, ötən həftə İqtisadiyyat naziri aviasiya sektoruna 18 milyard avro ayrıldığını bildirmişdi.

© Azərtac

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Air France” şirkətində 10 minədək iş yeri ixtisar oluna bilər — Fins.az — Fins.az